Alatoran_header  
Əsərlər > Adil Şirin > Son şerini yazan adam

Çarpayıda uzanıb
Sonşenini yazan adam,
Bu dünyadan əl üzüb
Yuxusunu yozan adam.

Hər tərəfin dörd divar,
Sağ divarda pəncərə,
Bayırda dəli ruzgar.
Yoxmu bu ömrə çarə?

Yuxusunu yozan adam
Son şerini yazan adam
Bu dörd divar, bu yastı dam
Qeyb olacaq bir azdan.