Alatoran_header  
Əsərlər > Adil Şirin > Ana yurdda qərib olduq

Mən qədərdən qaçammadım
Sən də qaçma qədərdən.
Pəncərəmi yağış döyür,
Yağış döyür səhərdən.
Ana yurdda qərib olduq
Burdan dağlar görünmür,
Dağların ətəyində
Sübh dumanı sürünmür.
Yuvası dağılan quşun
Röyası gerçək olur,
Şerimin misraları
Çiçək açmadan solur.