Alatoran_header  
Əsərlər > Adil Şirin > Gözlərinin kölgəsində

Həyat kimi acısan
Şirinsən yaşamaq kimi,
Mən sənə bel bağladım
Yanıldım uşaq kimi.
Bəlkə dünyam dəyişərdi
Əlim saçına toxunsa,
Gözlərinin kölgəsində
Eşq nəğməsi oxunsa.
Son yarpaq da düşdü, gülüm
Könlümün budağından,
Cənnət çiəklərini
Dərmədim dodağından.