Alatoran_header  
Əsərlər > Adil Şirin > Fələk yağışlara dönür

Kəsdi yolları vaxtsız yağan qar,
Könül budağında çat-çat oldu nar.
Üzündə, gözündə ay işığı var,
Titrəyir və sönür o nur üzündə.

Titrəyir və sönür o nur üzündə,
Mələk naxışlara dönür üzündə.
Fələk yağışlara dönür üzündə,
Solur gözlərinin çiçəyi solur.

Solur gözləinin çiçəyi solur,
Anacan, səsinin ipəyi solur.
Gerçək sandıqlarım bir röya olur,
Yenə də üzündə ay işığı var.