Alatoran_header  
Əsərlər > Adil Şirin > Yurdsuz yuvasız

Bir müjdə göndərin mənə
ötüb keçən buludlarla
bir müjdə gözləyirəm
umudlarla.
Orda
qürbət ellərdə
halınız necədir
köçəri quşlar
gözləriniz hələ də
bulaq kimi duudurmu?
Gəlib mənə dəyir burda
orda sizə atılan daşlar.
Əmanət saxlayıram
boş qalmış yuvaları
məni də
yurdsuz-yuvasız qoydu
bu dünyanın
dəyişkən havaları…