Alatoran_header  
Əli Əkbər > 100% Qafiyələnmiş Şizoizmlər

HU

Mən Səni tapanda dərkindən uzaqdım böyüklüyünün
İtirəndən sonra anladım...
Sonra da duydum ki qayıtmaq gec deyil
Qayıtdım...
Mən heç kəsdən anlayış gözləmirəm
Məni Sən anla yetər.

***

O vaxtlar həyəcanım çox idi
İndi azalıb.
Deyirlər belə də olmalıdır
İnanmıram...
Daha doğrusu istəmrəm belə olsun.
Çünkü,
Səni yenə itirməkdən qorxuram!
Sonra kimə şikayət edərəm axı?
Ancaq Səninlə təkbə-tək qalanda
Açılıb-saçılıram,
Saçlarımı yoluram...

***

Orijinal olmaqdan ötrü
Səni söyə də bilərdim.
Ələ sala bilərdim axirəzzamanı
Kitabını təhqir edərdim
Alqış tutan da tapılardı mənə
Şöhrətə qovuşardım
Sonra da tula kimi diz çöküb qarşında
Bağışla deyərdim.
Bir damla da göz yaşı tökərdim
İnandırıcı olsun deyə,
Sən də bağışlayardın...

***

Eşitmişəm ki
Qapın açıqdır, mərhəmətin də geniş
Nə qədər geniş?
Az qalıb
Gec-tez öyrənəcəyəm.

***

Mənim məhrəm bildiyim günahlarım var
Onlar Sənə əmanət
Sənin əmanətin isə...
Xəyanət etdim bilirəm.

***

Dəfələrlə məktubunu oxumuşam
Mənə nəsə demək istəyirsən
Bir onu anlamışam ki
Anlamaqdan uzağam Səni.
Lakin yenə də Səninləyəm.

***

Mən Səndən razıyam
Ağzım nədir olmayım?
Mənim davam özümlədir
Nə Səninlədir, nə onlarla.
Hərdən mənə elə gəlir ki yoxsan
Onda da başa düşürəm ki vəsvəsədəyəm.
Olmasaydın əgər
Yoxluğunu düşünmək üçün
Ağıl olmazdı məndə.

***

Açarımı itirdiyim gün
Səni ən çox düşündüyüm gündü.
Mən o gün qapılarımı da itirmişdim
Hamısını
Birdən!
Səhər açıldı tapdım
Açarımı da qaytırdın mənə
Qapılarımı da.
Amma yenə unuduldun...
Vacib işlərim çıxmışdı
Dünya almışdı məni qoynuna...
Axşam bağışla dedim
Dəqiq bilmirəm amma
Deyəsən bağışladın.
Küçədən məsum körpə gülüşü eşidildi.
Ardından da çırpıldı pəncərəm.

***

Hərdən üsyan edirəm
Özümə.
Dedim axı
Mənim davam özümlədir
Səndən razıyam
Haqqım varmı
Sənə üsyan etməyə?


YANINDAYKƏN UZAQDA OLMALAR
(Məchul türk şairindən təsirlənərək)

Süpürüb ulduzları və ayı,
Özünlə aparmısan kölgəmi də...
Başlamayan bir məhəbbətin
Dərdi var ürəyimdə...

***

Söhbətim romans diyarından.
Tüpürüb dabanına yollara düşmələr,
Ya da fikirdə ayrılığa düşmələr haqqında.
Qalmaqallar,
Yanında olanda
Uzaqda olmalar haqqında.

***

Beyinimin bir küncündə,
Öz yerində oturmusan.
Gündə kim bilir neçə dəfə
"Kaş ki"li jümlələr qururam,
Gülüşün düşür yadıma, səsin duyulur...
"Hazırlaş, gəlirəm" deyirsən xəyalımda;
Birazdan yanımda olajaqsan elə bil.
Vüsala neçə gün qalıb?
Sayıram.
Bu zəhmətin bihudə olduğunu bilsəm də,
"Hansı məkandadır görəsən?"
Soruşuram
Pişikdən, itdən...
İmkansız təbəssümün düşür yadıma,
Gizlin-gizlin bayağı mahnılar dinləyib
Uyuram.

***

Dedim axı, ayrılıqlar da başqa başqadır,
Bax elə ona görə də,
Rast gəlməkdən qorxuram sənə,
Əslində xoş bir təsadüf gözləyirəm.
Biri "onu gördüm" deyər bəlkə!
Haqqındakı cüzi xəbər də məlhəmdir,
"Maraqlanmıram" deyirəm, amma bicliyimə salıb
Sualı sual dalınca verirəm...
Güya "mənə nə"?
Amma yanıram...
Heç kəs axmaq deyil,
Sezilir dərdim.
Qulaq asıram,
Özlüyümdə mənalar yükləyib eşitdiklərimə
Yozuram.
Sevgilim xəbərin var?
Olursan
Fahişə,
Məsum mələk,
Bəzən fələk
Çomaq və təkər
Soxa sox...
Tərləyirəm...

***

Yadındamı? "Münasibətlərimizin davamı üçün
bir müddət ayrı qalsaq yaxşı olar" deyib,
Razılaşıb bir müddət ayrı qalmışdıq.
Məhəbbəti sınağa çəkdik.
Gərgin gözləyişlər,
Hələ də geri qayıdacaq deyə,
Boş ümidlər.
Bəs məhəbbət?
Qurtulacaqmı görəsən?

***

Bax belədir məhəbbət...
"AYRILIQ DA MƏHƏBBƏTƏ AİDDİR!"
Məhəbbətlər də bizimdir
Ayrılıqlar da...


...SƏNSƏ...SANSA...
TAPMACASI


Səninlə razılaşmayan kəsə
Erməni deyirsənsə;
Məni sancmayan ilan
Min il yaşasın deyirsənsə;
Rüşvətə hörmət deyirsənsə;
Çörək Qurandan irəlidir deyirsənsə;
Ye iç keyf elə,
Beş günlük dünyadır deyirsənsə;
Qeyri-səmimi tostlar deyirsənsə;
Mənim heç bir günahım yoxdur deyirsənsə;
Diplom intellektin ekvivalentidir deyirsənsə;
Qızıl dişlərini nümayiş etdirərək
Məktəbi qırmızı diplomla qurtardığını
Fəxrlə elan edirsənsə;
Uzun saçlı kişilərə "petux" deyib,
Əslində özün latent homoseksualsansa;
İctimai nəqliyyatda kitab oxuyanlara
Ən azı dəli gözü ilə baxırsansa;
Biraz bədənin var deyə,
Dar köynəklər geyirsənsə;
İctimai tualet mədəniyyətinin ölkəmizdə olmaması
Səni narahat etmirsə və duvar diblərinə qaçırsansa;
Peysərin yoğundursa,
Qarnın da yekə
Və diskomfort yaşamırsansa;
Küçədə bir qadına təcavüz edirlər
Və sən laqeydsənsə;
Qeyrətdən, namusdan dəm vurursansa;
Bu şeri oxuyub dodaq büzürsənsə;
Ümumiyyətlə bu şer deyil
Səfsətədir deyirsənsə;
Meyxanadan ləzzət alırsansa;
Təyyarədən lül-qəmbər sərxoş çıxırsansa;
Həyatın mənasını maşın almaqda görürsənsə;
Məişət boğursa səni
Və sən bundan dəlicəsinə həzz alırsansa;
Ailə quracağam deyə mazoxistcəsinə
Əziyyətlərə qatlanıb
Dünyanın ən bahalı leqal vaginasına qovuşmaq xətrinə
Xonça- xonça paltar,
Brilyant komplekt,
5 mərtəbəli tort
500 dollarlıq gəlin paltarı
100 dollarlıq limuzin dərdi çəkib,
Həyatını fani və rəzil şeylərə sərf edirsənsə;
Və pul yığmaq xatirinə toy edirsənsə;
Toyda içib, ağız suyunu axıdaraq qadına qıza baxır
Xəyalında onu altına salırsansa;
İl ərzində min bir qələti edib
Məhərrəmlikdə içmirsənsə;
Öz əclaflığını, tüfeyliliyini, şərəfsizliyini
İslama bağlayıb,
Problemi özündə yox, dində axtarırsansa;
"ŞALVAR-PƏNCƏK" dəstinə
KOSTÜM deyildiyini bilmir
Və eşşəkcə, inadla "KÖSTÜM-ŞALVAR" ifadəsindən
Əl çəkmirsənsə;
Mənim kimi "pofigist" adamı
Öz düşük hərəkətlərinlə
Utandırırsansa;
Yorğanın altına girib,
Dolanıb boynuna arvadının
İqtidarı söyürsənsə;
Biz Türklərdən daha savadlıyıq,
Rusun dövründə çörək otuz qəpik idi,
Yessentukiyə, Kislovodskiyə, Soçiyə
Gedərdik dincəlməyə,
Mineral sularla özümüzü klizma elətdirərdik
Deyirsənsə;
Tabularını və komplekslərini
Özündən zəifləri əzərək
Kompensasiya edirsənsə;
Uşağının paltarına öz ağırlığın qədər
Göz muncuğu taxırsansa;
Uşağına bicbala, vələdizna, oğraş
Sözlərilə müraciət edib
Faktiki olaraq arvadını yad kişilərin qoynuna
Atırsansa;
İmkan vermirsən ki uşağın uşaqlığını yaşasın
Və körpə vaxtından ona iyrənc, zövqsuz, ət tökən
Qara kostümlar geydirib, mal dilinə oxşayan qalstuklar
Taxırsansa;
Satırsansa, satırsansa, satırsansa
Satırsansa, satırsansa, satırsansa
Satırsansa, satırsansa, satırsansa
İndi de görüm sən hansı milləttənsən?


MƏNIM DÜNYAM

Bir topum vardı...
Bir də kitablarım
Rəngli səhifələrinə baxaraq
Dünyanı tanıyırdım
Addım addım.
Mənim dünyamda
Xəyallarımda qurduğum
Yaşıllıqlar
Qaranlıqlar vardı.
Xəyanət də vardı
Amma saflıqla yoğrulmuş...
Uşaqlığımda bir deyil
Min dünyam vardı...
İlk masturbasiya təjrubəmi
Danışdığım aynam...
Ve Sovetski küçəsində
Namusun ancaq öz ailə üzvlərini
Əhatə etdiyinə inanan
Namussuz
Nəşəxorların
Gözləri ilə görən oğraşların
İşlədikləri namus cinayətləri...
Bunlar mənim
İlk kişilik dərsimdi...
Mən hələ o vaxtlar
Qeyrətin olmadığı yerdə
Onun haqqında
Söhbətin çox getdiyini
Bilmirdim!
Mən hələ o vaxtlar
İki üzlü insanların
Kitablarımda gördüyüm
Jəngəllik yırtıjılarından da betər olduğunu
Bilmirdim!
Mən hələ o vaxtlar
Pulun anjaq dondurma almaqdan ötrü
Xərjlənmədiyini bilmirdim.
Amma xoşbəxt idim...
Aldınız əlimdən,
Yıxdınız qayğısız dünyamı
Şərəfsizlər!
İndi mən sancısıyla bu toplumun
Sancılanıb
Dərdlənməli,
Yerlərə tüpürənlərə
Ağac diblərinə işəyənlərə
Qadına, qıza sataşanlara
Rüşvətxorlara
Din tacirlərinə
Nifrət etməliyəm.
Nə üçün?
Onsuz da gücüm çatmırsa
Bunları düzəltməyə?
Mane olmağa,
Bu murdar axını dayandırmağa,
Cəsarətim yoxsa
Nə üçün yaşayıram?
Cavab verin mənə
Şərəfsizlər!


DÖYUŞ ALNINIZA YAZILIB

Nə üçün alnıMıza yox
Məhz alnıNıza?
Lütfən belə səfeh səfeh
Provakatif
Suallardan bizi azad edin.
Yaxşısı budur siz Qarabağı
Azad edin.
Biz də bala-bala
Ölən qardaşımızın ruhundan
Faydalanaq
Qazanaq
Dolanaq
Və... yedirdək
Əlbəttə ki
Məmurları
O məmurları ki, unudublar
Qarabağı.
Biz onsuz da qardaş itirmişik
Yəni borjumuzu ödəmişik
Ona heykəl qoymuşuq
Ona görə də hər Allahın günü
Zart-zart zartıldadırıq:
Doyüş AlnıNıza Yazılıb,
AlnıMıza yox!!!


BİZ AZƏRİLƏR...

Mərkəziyik kainatın.
Ətrafımızda dönür
Günəş də, ay da.
Ən gözəl mətbəx bizdə,
Ən gözəl təbiət bizdə,
Qonaqpərvərlik,
Dünyanın ən gözəl qızları,
Və andıra qalmış 11 iqlimin
Doqquzu bizdə
(Bezmişəm daha bunu eşidməkdən
Öz aramızdır, siz də?)
Qeyrət bizdə, namus bizdə
Vətən sevgisi
O da bizdə.
(Gələn il Allah qoysa
Şerlərimi Şuşada oxuyacaqsınız
bla bla bla)
Jəsarət
Şujaət
Milli mentalitet
Çomaq soxmaq
Qulp qoymaq
Ponyatka da bizdə
Çatışmayan nə isə var amma...
Amma nə?
Bu sualı tapanın
Başı bədəninə deyəsən
Ağırlıq edir.


XİYAR

Lümpenlərin mahnıları
Şirin olur...
Bilirəm ki arsız olurlar
Biraz da nənəm kimi.
Əxlaqsızların bəhanələri
Sentimental,
Dəyyusların qeyrəti
Fundamental...
Mən də olum oriental
Göbək atım
Qalın maattal.
Bizim bir vətənimiz var
O da Azərbayjandır!!!
Yesən də, yeməsən də
Xiyardır!


MƏHŞƏR

Bilmirəm kim deyib:
"Həyat bir xəstəlikdir
Cinsi münasibətlə başlayan
Və ölümlə bitən"...
Kim deyibsə qələt eləyib.
Əsl həyat elə ölümdən sonra başlayır
Və əsla bitmir.
Çünkü mənim hesabım var sizinlə...
Çürütməmiş, rahat ola bilmərəm.
Buna görə də
Qiyaməti gözləyirəm...


YALAN DANIŞMAYIN

Allaha inanmıram
Kimsəyə səcdə qılmıram
Qibləm
Məbədim yoxdur,
Ateistəm deyən
Düdüklər.
Yalan danışmayın
Danışmayın yalan!
Bu məqamda
İstərəm bir bir
Yadınıza salam
Tanrılarınızı
Məbədlərinizi
Ayinlərinizi
Qiblənizi.
Ən böyük tanrınız qadın paçası
Qurban verərsiniz ona hər şeyinizi.
Məbədləriniz restoranlar, şadlıq evləri.
Ayinləriniz rəqslər
Qibləniz isə pul mənbəyi olan hər yer.


TƏMİZ SAXLAYIN ŞƏHƏRİ

Qusmayın yalvarıram
Yediyiniz zir zibili görmək istəmirəm
Mədənizdə qalsın.
Vaxtı gələndə təbii yollarla
Uyğun məkanlarda ifraz edərsiniz.
Tüpürməyin yollarıma yalvarıram
Bəlğəmlərinizdən zara gəldim,
Bilirəm azəriyə yaraşmır
Amma neyləyim mən təmizkaram.
İşəməyin blokuma
Balkonumun altına
İydən boğuluram.
Sıçmayın duvar diblərinə
Ağac altlarına
Eşşək s....n olsanız da
Özünüz ki eşşək deyilsiniz
Yoxsa yanılıram?
Ay biqeyrətlər, murdarlamayın şəhərimi
Söz verirəm
Bir gün mən prezident olanda
Diz çökdürüb sizə
Özünüzə yalatdıracağam.
Bütün poxlarınızı...


ZEHİN ONANİZMİ

Birləşən və ayrılan yollar
Məni hara aparır?
Qanımı axıtmaq üçün
Səbəb mi axtarır
O xain?
Gəl,
bax,
gör
Əlim bomboş
Elə ürəyim də
Dolu olan nəfəsimdir ancaq
Boşaltmaq istədiyimdə
Səbəbmi axtarıram?
Bəlkə də...
Nə üçün ölmürəm?
Bilmirəm...
Elə sən də!
Nə üçün yaşayırsan?
Kimin üçün varsan?
İmkan ver aralanım səndən
Atlayım asfaltın ortasına
Yapışım yerə
İzim qalsın
Köpək leşi sanki...
Dırnaqlırımı tut
Uzanan dilimi də kəs
Amma böyümə qabiliyyəti olmayan
Üzvlərimə toxunma,
Sənə də gərəkdir
Mənə də...
Bugün bazara getmişdim
Sözün qiyməti qalxıb
Kiloynan satırdılar
Bir qram aldım
Elə bu da bəsimdir...
Kül olsun başına
Bu na paltardır geyinmisən?
Gen bol ətəklərindən
Bütün şəhər yapışsın istəyirsən?
Tutaq ki yapışdı
Hara sürüyəcəksən o sürünü?
Belim qaşınır
Gəl qaşı
Ancaq asta qaşı
Sızanaqlara toxunma!
İndi də gəl yataq,
Baş ayaq yataq,
Narahat olma
Corablarımı çaxardıram.


SİZ MƏNİ YAXŞI TANIMIRSINIZ!!!

Elə bilirsiniz söyüş söyməkdir ancaq peşəm?
Yaza bilmərəm qafiyəli şer və qoşma?
Yeri gəlsə sizdən də əla yazaram
Gərək sübut edim, kül mənim başıma!

***

"Zimbabve Gözəlinə"

Baxışlarındakı mənanın əsiri oldum
Sükunətin iztirabdır sevən könlümə
Sevgilim, intizarından Məcnun oldum
Ürəyim, ürəyindir. Gəl qıyma özünə.

Mətanətim tərk eylədi, əl'an əlindədir,
Vüslətlə ancaq qayıdar taqətim mənə.
Nisgilli qəlbimin dərmanı ləblərindədir,
Təbibim ol, qara ləblərindən daddır mənə.

Müştaqınam, ahu gözlüm mən əzəldən,
Tapıram kəhkəşanın nurunda səni.
Nardaranın ahəstə əsən ilıq şehindən,
Alıram qoxunu, duyuram səsini.

Gəl zülfünü seyrə dalsın müztərib Xəzər,
Abşeron qibtəylə süzsün zərafətini.
Sən olsan da məftun könlümdən bixəbər,
Müdam xəyalımdasan, qəhr etmə məni.

Mükəddər edirsən sən aşiqini amandır,
Olma mültəfit mənə yox ehtiyacım.
Gözəlliyindən ziyadə işvən də yamandır,
Səndən qeyri, yenə səndədir əlacım.

Ələkbəri ram eyləmisən, insafın olsun!
Bunca dil dağa töksəydim, dağ dil açardı.
Pərişan etdin hicrinlə, yetməzmi inadın?
Ki, zülmətə yalvarsaydım o nur saçardı!

***

Utanın, yerə girin sərbəst vəznin düşmənləri
Dodaqlarınızı çeynəyin, daşlara vurun başınızı
Absurdun, postmodernin, abstraktın qənimləri
Ha ha ha ha ha ha ha ha və s.