Alatoran_header  
Əli Əkbər > İstəyirəm (mazoxizm)

İstəyirəm vücudum iqtidar sahiblərinin əlində
kütləvi imha silahına çevrilsin
Amma bir şərtlə!
Məhv ediləsi obyekti seçmə haqqı məndə olsun
Elə anqırmaq istəyirəm ki,
Kütlələr üçün bunun nəticəsi total, fatal, letal
Əlqərəz ağır olsun.
Bogem sinifinə öldürücü zərbə endirmək
Kübarzadələri s….ək
İsteblişmenti,
Eqzistensiya qurbanı marazmatikləri
Diri diri basdırmaq,
Sonra da məzarlarında kaktus bitirmək istəyirəm.
Ağzı it iyi verən,
Tər və pivə qoxan vələdizinaların boğazına Dişlərimlə yapışıb,
Qanlarını əmmək istəyirəm.
Qızıldişli məxluqların qarnını deşmək,
Bağırsaqlarını tökmək
Sonra da,
Şaxtada buxarlanan bağırsaqların
Poxlu rayihəsini ciyərlərimə çəkmək,
Sözüm odur ki, bir tankın lüləsi olmaq istəyirəm…
Bədənimin dilim dilim doğranmasını gözlərimlə görüm.
Sonra bu dilimlər bir araya gəlsin,
Dostlarım üçün sublimasiya predmetinə çevrilsin,
Ekstazım permanent olsun beləcə…
Qladioluslar açılan mövsümdə
Çətənə kolları aşkar edilən həyətlərin birində
Dinimi təbliğ etmək istəyirəm.
Burnumu qurdalaya qurdalaya şer yazmaq,
Qonşuluqdakı qarımış qıza
Xiyarın seksual obyekt olmadığını başa salmaq,
İrinli, qanlı bir şərab içmək,
Daşları ətəyimdən tökmək
Ətəyimi isti daşların üzərinə sərmək
Üzərində ətəklər sərilən isti daşlarda dəliklər açmaq
Çünkü dəlikli daş yerdə qalmaz deyirlər…
Şerlərimi oxuyanların beynindən hansı fikirlərin keçdiyini,
Qəlblərindən hansı duyğuların axdığını bilmək,
Qiyaməti yaxınlaşdırmaq istəyirəm
Günəşin gündoğanda batmasını seyr etmək üçün.
Qiyaməti yaxınlaşdırmazdan əvvəl
Ona inanmaq istəyirəm.
Sınamaq istəyirəm göy gümbəzinin möhkəmliyini
Banal həqiqətlərdən danışarkən
Ağıllı sifət ki eləyirəm ha!?
Bax elə o sifətimə tüpürülsün istəyirəm.