Alatoran_header  
Əsərlər > Aqşin > Sınmış pəncərədə ay

Ehey… ağ tavandan asılmış insan
bir addım göylərə qısılmış insan
ruhum qoymur məni su dağıtmağa.

Susur pişiklərin intim səsləri
sınmış pəncərədə əl kəsir gecə
bu gecə qadınla olmağım gəlir
ruhum qoymur məni su dağıtmağa.

Kimi öldürüm ki bu gecə vaxtı
sabah ağlamağa bəhanəm olsun.

Ucuz kafelərdə yoxsul dostlarım
allahı danırlar göz yaşlarıyla
küncdəki masada fahişə qızlar
kişi belindən
ağlaşa-ağlaşa gələn
uşaqlara qıyan
bu qatil analar
bu ac qansızlar
laqqırtı vururlar bekarçılıqdan
ruhum qoymur məni su dağıtmağa
əlimlə ölçürəm sözümün boyun.

Kişi gül şəkli çəkməz!