Əsərlər
>
Azad Yaşar
> Hamı və heç kim > Həndəsi edam
Əvvəlki
Sonrakı
Almanax 2003
Şair dostum İsmayıl Bayramoğluna
Şaquli bir müstəvi,
yəni polad gilyotina bıçağı,
ona perpendikulyar yerləşən müstəvini,
yəni bədənimi,
boğaz nahiyəsində kəsdiyi zaman
bir alma misalı diyirlənəcək kürə -
başım olacaq.
2000