Alatoran_header  
Əsərlər > Azad Yaşar > Hamı və heç kim > Sürət fərqi

          Yeriyərkən
          Düşünmürəm.
          Düşünərkən
          Yeriyirəm.
                    Fazil Hüsnü DAĞLARCA

Yeriyərkən düşünür
və düşünərkən də yeriyirəmsə,
mən daha sürətli deyiləmmi,
Fazil Hüsnü əfəndi?

                                               1983