Alatoran_header  
Əsərlər > Azad Yaşar > Hamı və heç kim > İnam

Qorxduq -
tək səbirdən
qara pişikdən,
on üç sayından,
cindən, şeytandan…
Eh, daha nələrdən qorxduq
və daha nələrə inandıq, kim bilir,
ÖZÜMÜZƏ -
İçimizdəki İNSANA inanmayanda.

                                                   1981