Alatoran_header  
Əsərlər > Azad Yaşar > Hamı və heç kim > Əflatun eşqi

Bir qönçə aşiqiyəm
uzaqdan-uzağa gördüyüm,
hələ qoxlamadığım qönçə
neyləyim ki,
hüsnündən məstəm artıq.

Bilmirəm
toxunsam gülmü olar,
ya uçub gedən kəpənəkmi?
Qoxlasam arifmi olaram,
dəli-divanəmi?

Mən bir qönçəyə aşiq,
bir qönçə ki,
belə sirli qalmasını istərəm
ona toxunmadan…

                                         1982