Alatoran_header  
Əsərlər > Azad Yaşar > Hamı və heç kim > Qocalıq nişanəsi

       (etüd)


Səhərdir.
Gözəl bir qız işə gedir.
İns-cins olmadığından küçədə
güzgü çıxarıb özünü süzdü.

Qəfil bir qoca çıxdı tindən,
qız güzgünü gizlətdi,
nəsə düşübmüş kimi gözünü eşdi
və keçdi.

Qoca dayandı, durdu,
qızın arxasınca uzun-uzadı
baxdı, baxdı, baxdı,
cavan olsaydı bəlkə də şirin bir söz atardı –
donquldandı.

                                                                     1982