Alatoran_header  
Əsərlər > Azad Yaşar > Hamı və heç kim > Kitabxanada

Oxumağa qoymurlar ki, adamı
bu yaz çiçəyi, naz çiçəyi qızlar.
Keçirlər.
Sükutu sındırıb keçirlər.
Yerişlərinə qoşulub gedir fikrimiz,
gülüşlərinin arasında itir fikrimiz,
saçlarına qarışıb qalır fikrimiz,
çaşıb qalır fikrimiz:
"Yaxşı, harada idik, nədən başlayaq?!"
Oxumağa qoymurlar ki, adamı…
Sabahkı imtahanı da unutdururlar
az qala.

                                                            1982