Alatoran_header  
Əsərlər > Azad Yaşar > Hamı və heç kim > Xəstəlik tarixçəsi

Sevdandan xəstə yatıram
aşiqlər xəstəxanasında.
Yerim-yatağım dümağ kədərdir,
yoluxanlarım – vəfalı xatirələr,
dərdim – sevdadır,
cərrahım – ayrılıq.

Sevdandan xəstə yatıram
bir xeyli var…

                                                1982