Əsərlər
>
Azad Yaşar
> Hamı və heç kim > Daşın öz dilində
Əvvəlki
Sonrakı
Almanax 2003
Hər gün salam verirəm,
dinməz keçir.
Bu gün vermədim,
qayıtdı ki:
- Adam-zad saymırsan, nədir?
- Səni adam sayıb da yanıldığım yetər.
Daşa daş dilində salam verərlər –
S Ü K U T L A, - dedim.
1998