Alatoran_header  
Əsərlər > Azad Yaşar > Hamı və heç kim > El yorulmaz

Gözəl yarım, usanmadın
Evim yıxmaqdan-yıxmaqdan?!
Göydə ay tək saralmışam
Sana baxmaqdan-baxmaqdan.

Könül heç açılmaz-gülməz
Xəyalım səndən üzülməz
Gözüm yaşı aram bilməz
Qanlı axmaqdan-axmaqdan.

Bir yazı yazılmış bizə
Heç əcəl də durmaz gözə
El usanmaz eşqimizə
Qara yaxmaqdan-yaxmaqdan.

                                             1981