Alatoran_header  
Əsərlər > Azad Yaşar > Hamı və heç kim > Qərib-qərib dolaşaram

Qərib-qərib dolaşaram
qara geyər ağım mənim.
Macalım yox göz açmağa
dərddir solum, sağım mənim.

Yad bağın gülün qoxlamam
dəribən dəstə bağlamam
gülən könüllər dağlamam
var sinəmdə dağım mənim.

Qara bulud başım üstə
əhdim kəsər, durar qəsdə
yetməz əlim yara-dosta
dağlar çəkməz dağım mənim.

                                             1981