Alatoran_header  
Əsərlər > Azad Yaşar > Hamı və heç kim > Balabana

Əzizim bala bana
Aman ver, bala, bana.
Məni suçsuz dağlayır
Netmişəm balabana?

Qoşulum bal havana
Bu saza, balabana.
Göz verməz, işıq verməz
Dərd bana, bəla bana.

Əzizim balabana
Bala - bal bəla bana.
Dönük çıxma, amandır,
Bala, bu bal obana.

                                  1983