Alatoran_header  
Əsərlər > Azad Yaşar > Hamı və heç kim > Sir qalar

Əzizinəm sırğalar
nəyin həvəsi qalar.
Yar qulağın oxşayar
tellər ilə sırğalar.

Əzizim əsir qalar
əl işə əsir qalar.
Yar yarına güvənsə
sirr qorunar, sirr qalar.

Əzizinəm sırğalar
saxsıya çək sır, qalar.
Gülə həsrət bülbülün
Yaş gözünü sırğalar.

                               1983