Alatoran_header  
Əsərlər > Azad Yaşar > Hamı və heç kim > Gülməməsinə

Aşiq gülməməsinə
gülün gülməməsi nə?
Aləm əlac axtarır
yarın gülməməsinə.
Hansı aşiq oxşayıb
belə gül məmə, sinə?
Canı qoydum, yetişdim
yarın gül məməsinə.