Alatoran_header  
Əsərlər > Azad Yaşar > Hamı və heç kim > Buxara

Mən aşiqəm bu xara
bu qönçəyə, bu xara.
Tamam sənə heyrandır
Bakı, Təbriz, Buxara.
Dərd sinənə çökmədən
Loğmanı çabux ara.
Bunca əzab çəkərəm
insaf gəlməz bu xara.
Çox gözəllər görmüşəm
onlar hara, bu hara?
Belə getsə dağ gövdəm
dönər bir gün buxara.