Alatoran_header  
Əsərlər > Azad Yaşar > Hamı və heç kim > Qan axar

Əzizinəm qan axar
gözlərimdən qan axar.
Məni sən yaraladın
ürək ağlar, qan axar.
Gülə qonşu bitibsən
gəl susama qana, xar.
Kim dözərdi bu qədər
əzaba, xar, qana, xar?
Kimsə deməz eybini -
Barı özün qan, a xar.