Alatoran_header  
Əsərlər > Azad Yaşar > Hamı və heç kim > Yarə məndə

Məcnun kimi, Kərəm kimi
həsrət qaldım yarə mən də.
Deyirlər ki, başqa yar tap,
özün - burda,
yar - Yəməndə.
Yarım mənə qan ağladar,
qan ağlayar yarə məndə.
Can qalmayıb qurban edəm
şirindilli yarə məndə.
Dərddən, qəmdən düşər qaçaq
yar ləbini yar əməndə.