Alatoran_header  
Əsərlər > Azad Yaşar > Hamı və heç kim > Tanınmazlıq dərəcəsi

Ofisdə
pəncərəmdən görünən
baxışdığım, tapışdığım, dərdləşdiyim
bu gəncəcik fidanlar və köçəri buludlar qədər belə
tanımadı məni həyatda
neçə illik köhnə iş yoldaşlarım

                                                                                 1999