Əsərlər
>
Azad Yaşar
> Hamı və heç kim > Qarşıdakı ümidsizlik
Əvvəlki
Sonrakı
Almanax 2003
Verəcəyim sədəqəylə
yolun qırağında, oturduğu yerdəcə mürgüləyən
və hər şeydən əlini üzən dilənçini
ona boy verməyən bu yoxsulluqdan
qurtarmayacağımı bildiyimdən
əlimdəki qəpik-quruşu
onu oyatmağa dəymədiyi üçün
səssizcə
əski mis qaba qoyuram.
1994