Əsərlər
>
Azad Yaşar
> Hamı və heç kim > Vətən torpağı
Əvvəlki
Sonrakı
Almanax 2003
Son kərə qapananda
ondan bir ovuc qoyun
gözümüzün üstə -
Vətən torpağından.
… Yaşadıqca göz üstə saxladıq onu,
öləndən sonra da saxlarıq.
Qeyd: "Vətən torpağı" şeri, Birinci Qarabağ
müharibəsindən çox əvvəllər yazılıb.
2001