Alatoran_header  
Əsərlər > Azad Yaşar > Hamı və heç kim > Vətən torpağı - 2

(Birinci Qarabağ savaşından xeyli sonra yazılıb)

Son kərə qapananda
Ondan bir ovuc qoyun
gözümüzün üstə -
pula, qadın ağuşuna, şöhrətə satılmış,
utanmaz-utanmaz "itirilən" dediyimiz
Vətən torpağlarından -
Təbriz, Ərdəbil, Dərbənd, İrəvan, Zəngəzur, Borçalı,
Şuşa, Laçın, Xocalı və sair kimi
bir cüt əbədi yumulan gözün üstünə sığmayacaq qədər çox,
xainlərimiz kimi tükənmək bilməyən
digər Vətən torpaqlarından
və bir də Göycə gölündən ikicə damla.
"Yaşadıqca göz üstə saxlaya bilmədik onları,
bəlkə öləndən sonra saxlayaq" deyirəm.

… Bir də bəlkə bunun sayəsində
nəvələrimiz unutmayalar
bu qədər xain bələdçiylə
indiyədək
haradan gəlib,
haraya və nəyə doğru getdiyimizi.

                                                                                                  2001