Alatoran_header  
Əsərlər > Azad Yaşar > Hamı və heç kim > Səbəb və Nəticə

Uzun-uzun düşündükdən və
qalın-qalın kitablar oxuduqdan sonra
saçımın ağı, alnımın qırışı bahasına
nəhayət anladım
niyə bu qədər zəbun olduğumuzu.
Əsrlərlə
güclü qonşuların təzyiqi və kötəyi altında bulunduğumuzdan
bizlər bu günlə,
                   indiylə yaşamaqdan usanıb,
keçmişik bu saat, bu anla yaşamağa.

Bunun nəticəsi
başımıza gələnlər olduğu kimi,
ayaqlar altında qalmağımızın səbəbi də
dünəni və sabahı
indiki rahatlıq xətrinə
bilmərrə unutmağımızdır.

                                                                                                  1994