Əsərlər
>
Azad Yaşar
> Hamı və heç kim > Aldanmış badam ağacının pıçıltısı
Əvvəlki
Sonrakı
Almanax 2003
Qış günəşinin hərarətinə aldanıb
vaxtsız çiçəkləməsəydim
və don vurmasaydı qol-budağımı
indi mən də
bu ilk baharda
çiçəklərdən don geyməliydim
başqa ağaclar kimi,
təpədən-dırnağa
bürünməliydim
çəhrayıya,
ağa…
1991