Əsərlər
>
Azad Yaşar
> Hamı və heç kim > Kədər dağları
Əvvəlki
Sonrakı
Dağlara qar yağıb.
Dağlar uyuyur qar altında.
İstidə.
Onlardan qat-qat ucadır
sinə dağlarım -
nə qədər qar yağa örtməz.
Sinəmə çəkilənlər
adi dağ deyil -
qar altda yatmaz.
Soyuqdan donacaqlar zavallılar!
1982