Əsərlər
>
Azad Yaşar
> Hamı və heç kim > Söz dueli
Əvvəlki
Sonrakı
(daxili dialoq)
Birinci səs: Bu Ağa-Qul dünyasının eşiyində
sən ad seçdin -
Azad YAŞAR.
Ötkəmsənsə, indi buyur
ömür boyu
ADINDAKI İŞİ başar.
İkinci səs: Yahu,
bunu başarsam kimə nə
və heç başarmasam belə
ondan
yenə kimə nə?!
1981