Alatoran_header  
Əsərlər > Azad Yaşar > Hamı və heç kim > Neorübai

Uşag ikən
oynatdığımız hər şey
oyuncağımız gibi gəlirdi bizə.
Zaman
çox şeyin ardında
göründüyündən daha ciddi
anlamlar gizləndiyinə öyrətdi bizi
zamanla.

Gocalınca isə hər şeyin
sadəcə fələyin əlində oyuncag olduğunu anladıg -
gec də olsa ...
Oyuncag!
Amma baxır kimin əlində...

                                                                                 1991