Əsərlər
>
Azad Yaşar
> Hamı və heç kim > Məzarlıq
Əvvəlki
Sonrakı
Bir mənzil ki
gedən qayıtmaz.
Bir yol ki
özgə ayaqlarla gedilər -
çiyinlərdə.
Bir torpaq ki
çiçək deyil, ağac deyil, duyğu deyil -
lal başdaşı bitər
insan əkilən yerdə.
1982