Alatoran_header  
Əsərlər > Azad Yaşar > Hamı və heç kim > Hər səhər, hər gecə

Hər səhər eyni küyə oyanırıq –
xoruzlar banlayır «gördüm» deyə,
saqqalını didişdirir Sabah kişi,
saçlarını yolub tökür Günəş ana
baş qaldıran kimi yastığından

xəbər tutunca
Gecə adlı qızlarının
Aya qoşulub qaçdığından.

Hər gecə beləcə bitir,
Hər səhər bu təhər açılır.

                                                  1981