Alatoran_header  
Əsərlər > Azad Yaşar > Hamı və heç kim > Sirr

Qonşuda bir uşaq doğuldu.
Ölü.
Eşidənlər, bilənlər,
gələnlər, gedənlər oldu
hamı hüzünlü, yaslı,
ağladılar da.
Amma bu dəfə
kimsə deyə bilmədi
"yaxşı" ya da "pis" adam olduğunu ölənin -
nə gerçəkdən, nə də yalandan.
Heç kəs tanıya bilməmişdi onu,
adı belə qoyulmamışdı.

Olmamış ölmüşdü bu insan
dünyaya sirr gəlib,
sirr də getmişdi.

                                                                  1985