Alatoran_header  
Əsərlər > Azad Yaşar > Hamı və heç kim > Vətənə gedən yol

      (əsgərlik dəftərindən)

Bu yol vətənə gedir...
Quşlar, maşınlar, insanlar
vətənlərinə gedir
                     bu yoldan keçib.

Mən gedə bilmirəm, gedə bilmirəm,
işimi, gücümü ata bilmirəm,
dönüb qara daşa,
adsız çiçəyə
bu yolun üstündə bitə bilmirəm.
Ağrılar, acılar içimi didir,
mən gedə bilmirəm, gedə bilmirəm.

…amma
       bu yol
mənsiz belə
vətənə gedir.

                                                       1984