Əsərlər
>
Azad Yaşar
> Hamı və heç kim > Qrafik şer
Əvvəlki
Sonrakı
Almanax 2003
Təmiz qar.
Bəyaz qar.
Gözünün qarasını ağardacaq qədər bəyaz qar.
Sağır zülmət.
Kor zülmət.
Gözünün ağını qaraldacaq qədər qara zülmət.
Gözlərin – qarlı bir gecə.
Mən – ... zülmətdə günlərlə yol arayan
zavallı yolçu.
1999