|
|
1.
Hər dəfə eyni yerlərdən keçsə də
ayrı-ayrı zamanları göstərər,
ya əvvəli göstərər, ya axırı –
əqrəblərin.
Təkrar etməz özünü belə heç vədə.
2.
Əqrəblərin əsiridir ZAMANın,
divanə kimi qaçarlar
ardınca
əylənməyi belə düşünmədən.
3.
Əqrəblərin
atılmış aşiqlər kimidir –
«Köksünüzü kim dağladı belə?
Kim belə üzdü sizi?» soranlara
VAXTI göstərərlər.
4.
Əqrəblərin
ömür-gün dostumuzdur,
göstərərlər ömrün
haradan haraya getdiyini hər an
bir qarşılıq ummadan.
1981
|
|