Əsərlər
>
Azad Yaşar
> Hamı və heç kim > Zülmət
Əvvəlki
Sonrakı
Nəyi var ki, zülmətin
çılpaqlığından özgə?
Qorxuncluğu,
soyuqluğu da bundandır bəlkə,
ümidsizliyi də…
Bir işıq ucu görününcə
hər şey geyinər rəngini,
alar öz adını -
olan-qalan
çılpaqlığını da itirər
zülmət.
1981