Alatoran_header  
Əsərlər > Azad Yaşar > Hamı və heç kim > Aldanmış badam ağacının pıçıltısı

Qış günəşinin hərarətinə aldanıb
vaxtsız çiçəkləməsəydim
və don vurmasaydı qol-budağımı
indi mən də
bu ilk baharda
çiçəklərdən don geyməliydim
başqa ağaclar kimi,
təpədən-dırnağa
bürünməliydim
çəhrayıya,
ağa…

                                                   1991