Alatoran_header  
Əsərlər > Azad Yaşar > Hamı və heç kim > Ağlı-qaralı dünya

Əzizim qara damlar
qızıl qan qara damlar.
Nə günahlar işlədi
qar əllər, qar adamlar.

Əzizim qara damlar
ağ evlər, qara damlar.
Qara gözümün yaşı
köksündə qara damlar.

Əzizim qara damlar
qar damlar, qara damlar.
Saçıma qar yağdırdı
buz qəlblər, qar adamlar.

                                    1981