Alatoran_header  
Əsərlər > Azad Yaşar > Hamı və heç kim > Daşlar

                  Ağlar bizə torpaqlar,
                  Dağlar, dərələr, daşlar…
                  M.Ə.SABİR "Bənzətmə" şeri

Yumulu gözlər
Mumlanmış dodaqlar
Kəsik başlar
Gec düyümlənmiş yumruqlar
Vaxtında deyilmədiyinə daşlaşan sözlər
Ürəkdən asılan yüklər
Kimsəsizlər
Qərib dənizin yetim damlaları
Yaranışdan bəri unudulmuşlar
Atılmışlar
Yatmışlar
Susmuşlar
Donmuşlar
Bir gün dil açacaqlarına,
gül açacaqlarına aid nağıla aldanmışlar
Aldadılmışlar
Bir sözlə -
DAŞLAR!

                                                                1983