Alatoran_header  
Əsərlər > Azad Yaşar > Hamı və heç kim > Növbələr

Bu dünyadan biz də gəlib keçdik.
Bizim də axırımıza çıxdı dünya.
Gecə növbə ilə, səhər növbə ilə,
körpəlik, cavanlıq, qocalıq,
başımıza gələnlər növbə ilə.
Yağımız növbə ilə, çörəyimiz növbə ilə.
Doğulmağımız, sevməyimiz,
ölməyimiz növbə ilə.
Uzanıb, uzanıb qısaltdılar
ömrümüzü.
Növbələr çürütdü bizi,
dünyadan köçürtdü bizi.

Gidi dünya,
növbələrin
növbəsiz qoydu bizi.

                                                           1985