Alatoran_header  
Əsərlər > Azad Yaşar > Hamı və heç kim > Həyatın tərifi

Həyat
bəlkə də
ehtiyaclar içindəki insanın
çabalamasıdır əslində -
zənginlər üçün bu
qolunu yorunca süzdüyü rəqsdirsə,
yoxsullar üçün -
çamurluqda ağanamaq.

                                                      1991