|
|

V.Vazareli. Zebrlər. 1943
Rəssamlıqda Optik sənətin (Op-artın) parlaq
nümayəndəsi Viktor Vazarelinin xatirəsinə
Qaranlıqda
dünyanın o biri başından
sənə tərəf uçan bir topa bumeranqın
yaxınlaşınca
qaçan ZEBRrin
ağ zolaqları olduğunu
kəşf etmək
qəribə ləzzət verir adama.
Bayaqkı yersiz qorxu ilə
heç ummadığın, qəfil bir müjdənin
heç nəyi xatırlatmayan
qarışımı kimi.
2002
|