Alatoran_header  
Rəsm və qrafika > Azad Yaşar > Sevgi dünyası



"SEVGİ DÜNYASI * Bu ornamental kompozisiya nəsnəsiz (=predmetsiz) sənət üslubundadır. Təsvirin mərkəzində dünyanın iki müxtəlif səmtindən bir araya gəlmiş iki aşiq ürək və onların içində iki cüt (ağ-qara) qoşa buta verilib. Bu kontrastlı butalar sevən qəlblərin xeyiri-şəri, nifrəti-məhəbbəti, işığı-zülməti, İn-Yanı anlamış olduqlarına işarədir. Maddilikdən qopmuş qəlblər biri-birini tapınca arzuları çiçək açır, ona görə ürək fiqurları bir cüt stilizə edilmiş gülü xatırladır. Bu ürəklərin buluşduğu yer isə istənilən halda dünyanın mərkəzinə çevrilir. Elə ona görə də normal haldakı dünya (dış çəmbər) sevən könüllərin cazibəsinə uyur, öz adi formasından, biçimindən çıxır - dış çəmbərdən içə, mərkəzə doğru yönəlmiş oxlar bunu göstərir. Kamil sevgi sayəsində normal (dairəvi) biçimini itirən dünya adilikdən qoparaq, daha fərqli, alışılmamış şəklə - ellipsə dönür