|
|
Biz qızımızı
ya həkimə veririk
ya da vəkilə
ya gərək vətəndaş olasız
ya da yaşıl kardınız
əlinizdə hazır durun
qızımızın boyu hündürdür
sizin də ölçüləriniz
gərək uyğun gələ
eviniz yoxsa
cavab verməyin də heç
hə, bir də, əlbəttə
gərək tərbiyəli adam olasız
|
|