Alatoran_header  
Əsərlər > Azər Əhmədov > Parad (hekayə)

Divarda Heydər Əliyevin iri, rəngli portreti uzaqdan diqqət çəkir. Sağ tərəfində Kamal Atatürkün və Nərimanovun, sol tərəfində Rəsulzadənin, Qasım bəy Zakirin və tanımadığım birisinin kiçik şəkilləri asılıb. Xəlyəddin, -budee, bizim adamlarımız da bunlardır, - deyir, - kim gəlir, gostərirəm, qoy gorsünlər ki, bizim də adamlarımız var.
Alıcı amca otaqdakıları bir-bir aralıdan Zamanoğluna təqdim eləyir, sonra barmağını biz oturduğumuz stola tuşlayıb, - bu da Qenetikıtda müəllimlik eləyirdi, indi müəllimlyi atıb gəlib bir qambanıyada işləyir, -deyir, məni nəzərdə tutur və guya pıçıltı ilə dediyi sozləri hamı eşidir:"əsgərlikdən qaçıb gələnlərdəndir". Zamanoğlu titrəyib əsən başını bir az da titrədir: "hayıf bizim əziyyətimizə, çox hayıf, indiki cavanlar əziyyətimizi batırdılar".
Qapıya yaxın Içərişəhərin qrafika ilə işlənmiş rəsmləri asılıb. Müəllif cavan bir oğlandır, rəsmlərin altında durub. Ütülu kostyum-koynək geyməsindən və qalstuk taxmasından Bakıdan təzə gəldiyi aşkardır. O boyda yolu yüklənib gətirdiyi rəsmlərinə heç kimin diqqət etməməsindən çox pərtdir.
Bura bizim Azərbaycan cəmiyyətidir. 60-cı illərdə beş-altı azərbaycanlı pul yığıb 4-5 otaqlı bu kiçik binanı alıblar. O vaxtlar ucuzluqmuş. Alıcı amca və Zamanoğlu da pul qoyanlardandır, əslində, o pulu yığıb bu binanı alanlardan indi tək ikisi sağ qalıb. Amma əziyyətimiz deyəndə Zamanoğlu tək elə bu binanı almaqlarını nəzərdə tutmur, sən demə, çox iş gorübmüşlər, dediklərinə görə, təşkilatları varmış, Azərbaycanın müstəqilliyi üçün çalışırmışlar, hətta Bakıda KQB-nin bəzi rəhbər işçilərini də ələ alıbmışlar. 70-80-ci illərdə çox populyar olan bir ədəbi təşkilatın adını çəkirlər, ən çox o təşkilat bizə komək edirdi, deyirlər, mənim də ağlıma batır ki, deyəsən bunlar KQB-ni yox, KQB bunları ələ alıbmış…
Bura həm də Xəlyəddinin mənzilidir. Iki il olar ki, külfətiylə gəlib sığınıblar bura. Ayrı bir yerdə ev kirələməyə pulu yoxdur Xəlyəddinin. Ildə iki-üç dəfə yığıncaq olur, onda da Xəlyəddin ailəsi ilə qoşulurlar gələn camaata, qalan vaxtları da sakit-sakit yaşayırlar burda, nə vaxt çıxacaqları məlum deyil.
Həm də məsciddir bura. Yaxınlıqda çoxlu dindar türk ailəsi yaşayır, binanın bir otağından məscid kimi istifadə edirlər.
Bina kiçik olsa da, həyəti çox genişdir. Əslində, çox məqsədlər üçün yarayar. Soz gəzir ki, binanı satacaqlar, amma məndən olsa qırqağındakı "setka"nı dəyişib yerinə gül-çiçək əkərdim, həyətdəki ot-ələfi də təmizləyib yaxşı bir restoran açardım, dolmadan, kababdan bişirib satardım. Amerikalılar olürlər belə yeməklərdən otrü. Azərbaycanca-ingiliscə lüğət yazan mütəxəssislərimizin nəzərinə: amerikalılar kababa "barbecue" yox, "şişkabab" deyirlər.
Saat on birin yarısında hamı avtobusa doluşur. Tək Zamanoğluyla Alıcı amca yerdə qalırlar, qoca kişidirlər, bizlə gəlməyə taqətləri yox ki. Yerdən Alıcı amca, - bala, erməni Qarabağı savaşsız verməyəcək, - deyir, - əlinizə silah alıb da vuruşacaqsınız, düşməni əzib Qarabağı qurtaracaqsınız; məmləkətə donün, bala, əsgərliyə gedin. Avtobus yola düşəndə kimsə atmaca atır: "Qarabağı alsa bəlkə bu Alıcı amca ala". Gülüşmə düşür.
56-cı küçəylə Madison Avenyunun kəsişməsində adam əlindən tərpənmək olmur. Bizim onümüzdə "Qalatasaray" futbol klubunun azarkeşlərindən ibarət bir dəstə, arxamızdasa Ozbəkistan nümayəndəliyidir. Ozbəklər boyük bir parad maşınına yığışıblar, belə maşını kirayə etmək 1500-2000 dollara başa gəlir. Musiqi çalınır, ozbək milli geyimində hündür bir qız rəqs eləyir. Xəlyəddin, -e, bu nə oxuyur, -soruşur, -ey sənəm deyir, yoxsa ey sənan deyir, başa da düşmürsən. Sonra da əhd eləyir ki, oz cibindən də olsa, gələn il mütləq bir maşın da o kirələyəcək.
Beləcə, hər il, may ayının 3-cü şənbə günü, New Yorkda dünya türklərinin paradı keçirilir. Türkiyədən bəzi təşkilatlar, Amerikadakı türk təşkilatları, ayrıca da hər bir türk dovləti qısa nümayəndəliklə təmsil olunurlar. Marşrut həmişə eynidir: camaat Madison Avenyu ilə 47-ci küçəyə qədər gedir və sola donüb 1-ci Avenyuda BMT-nin qarşısındakı meydana gəlir. Sonra burda saat yarımlıq-iki saatlıq toplantı keçirilir.
Azərbaycanlılar çox gəlirlər bu parada, əksərən cavan oğlanlar və qızlar. Nərgizlə də bu paradda tanış olmuşam. Keçən il bu vaxt, çox da yağışlı bir gün idi. Eşitmişdik ki, Elçibəy də burdadır, Türkiyə Boyükelçiliyinin fəxri qonaqları sırasında o da xalqı salamlayanlardan olacaq. Uşaqlardan kimsə təklif elədi ki, BMT-yə çatanda elçibəy, elçibəy qışqıraq. Məsləhət bilinmədi. Əslində, BMT-yə çatanda heç 30 nəfər qalmamışdı, hamı yağışa gorə qırağa çəkilmişdi. Meydanda qalan bizlər də islaq cücələrə donmüşdük. Taqətdən düşsək də iki-üç dəfə azərbaycan, azərbaycan çığırdıq. Elçibəy bir əlində zanbaq tutub yüngülcə yelləyirdi, bizim gorkəmimiz deyəsən çaşdırmışdı onu. Bax həmin o anda, cılız cüssəli, arıq bir qiz - Nərgiz - dəstədən ayrılıb Elçibəyə yaxınlaşdı, əl verib şirin-şirin də gorüşdü Elçibəylə. Mən yalnız bundan sonra Nərgizə diqqət eləməyə başladım. Sonra Bakıdakı mitinqlərdə də eşitmədiyimiz təntənəli bir təqdimatla Elçibəyə soz verildi: "…yoluumuuuz Mustafa Kamal Atatürkün, Ziya Goyalpın, Ismayıl bəy Kaspıralının, Məhmət Əmin Rəsulzadənin və yenə də, yenə də, Mustafa Kamal Atatürkün yoludur. Biz bu yolla gedəcəyiz, türklərin yolu iştə bu…" Beləcə, Elçibəyin Anadolu türkcəsinin Ordubad ləhcəsində yapdığı çıxış dalğa-dalğa Dag Hammarskjold Parkında ətrafa yayıldıqca, və Xəlyəddin də, -ay qardaş, Azərbaycan düzələn deyil, siz gəldiz də hakimiyyətə, nə oldu, qoyun camaat otursun yerində, lazım deyil, vallah lazım deyil", -deyindikcə, biz Nərgizlə ilk tanışlıq kəlmələrimizi kəsdik. Paraddan sonra da axşama qədər bir yerdə olduq.
Bir həftə sonra Nərgiz məni evə dəvət etdi. Otağında, çarpayının üstündə yanaşı əyləşmişdik. Mənə albomdakı şəkillərini gostərirdi, mən də gah Nərgizin dizdən bir qarış da yuxarı açıq qıçlarına, gah da eynilə açıq-saçıq şəkillərinə baxdıqca daha da yaxın əyləşdik bir-birimizə. Ayağa qalxanda qərarım qətiydi, əlimlə üzünə toxundum, oxşamaq istədim. Qəfil geri çəkildi, ağ üzü qıpqırmızı qızardı. Bundan qolum necə boşalmışdısa gələn dəfəki gorüşümzdə də Nərgizə toxunmadım. Sonra ozüm Nərgizi yaşadığım mənzilə dəvət elədim. Həmin gecəsi Nərgiz mənim qızdostum oldu. Dilimizin izahlı lüğətini yazanların nəzərinə: qızdostu - birgə gedib-gəldiyin, yeyib-içdiyin, yatıb-durduğun, amma evli olmadığın və nə vaxtsa evlənib-evlənməyəcəyini də bilmədiyin qadın.
Həftəsonları gorüşərdik. Hər cümə Nərgiz avtobusla bizə gəlirdi, bazar günü axşam qayıdırdı. Nyu-Yorkdan iki saat aralı bir şıhırdı politologiya üzrə magistratura oxuyurdu. Bitirəndən sonra gərək iş tapaydı ozunə, Amerikada bu sahədə iş tapmaq çox çətindir xaricilərə. Mən də iş axtarırdım o zaman, işlədiyim şirkətdə müqaviləm bitmək üzrəydi.
Bir həftəsonu Nərgiz gəlmədi. Qısa e-mail yazdı, cavab yazdım. Sonra e-maillər də kəsildi. Mən onda Qretayla münasibətlərə başlamışdım. Nərgizdən də əvvəl tanıyırdım onu. Poçtalyondur. Qaragaş-qaragoz, suyuşirin bir arvaddır. Bir vaxtlar həyətdəki skamyada oturub onun poçt gətirməsini gozləyirdim. Məktub-filan olanda əlbə-əl ozümə verərdi və belə vaxtlarda əllərimiz yüngülcə toxunurdu. Qreta heç vaxt etiraz etməzdi, üzündə zəif tərəddüd sezilərdi, sonra bu da çəkilib getdi. Bir gün daha mohkəmcə toxunduq, üzündə razılıq hiss edincə əlimi atıb saçlarını oxşadım. Adını da elə onda oyrəndim. Adı maraqlı deyildi də heç, amma həmin o ilk tanışlıqdan sonra, mən tələsik evə qaçıb arxamca qapını bağlayanda hardansa yadıma düşdü ki, Bakıda, bizim evin yanındakı mağazanın da Qreta adında bir erməni satıcısı vardı. Ürəyim qopdu. Ey dadı-bidad, mən neynirəm, düşündüm, bu qaraqaş-qaragoz arvad bəlkə elə ermənidir? Amma indi, əlbəttə, Qreta haqda hər şeyi bilirəm. Atası da, anası da yunandır. Məndən 9-10 yaş boyükdür, amma yaxşı arvaddır, bizim adamlar kimi çox istiqanlıdır. Buranın vətəndaşıdır, xasiyyətimiz də tutur.
Yürüş sona çatmaq üzrədir… Taqətdən düşmüşəm, bütün yolu mən və Azərbaycan səfirliyinin bir nümayəndəsi bayraq daşımışıq. Səfirliyimizin nümayəndəsi Amerikanın bayrağını gotürüb, mənə Azərbaycanın bayrağını veriblər. Hər iki bayraq eyni boydadır, amma Amerikanın bayrağının dəstıyi nazik, içiboş kauçukdandır, bizim bayrağımızın dəstəyinisə hansısa insafsız yoğun və ağır bir ağacdan düzəldib, havada düz saxlamaq üçün çoxlu güc verəsən gərək.
BMT-nin qarşısındakı meydana çathaçatda birdən Nərgizi gorürəm. Bir küncdə dayanıb bizə baxır. Bayrağı uşaqlardan birinə verib ona yaxınlaşıram, -niyə sən də bizimlə gəlmədin? - soruşuram. Vaxtım yox idi, -deyir, -onunçün birbaşa bura gəldim. Ingiliscə deyir.Diqqət edirəm ki, yanında bir oğlan da var. Bir-birimizə baxırıq. Gozlərinin kənarında qırışlar yaranıb, çohrəsi də elə bil solub. Xəfifcə gülümsəyir. Gozləri ilə əlvida deyir. Sonra oğlanla donüb gedirlər.
Indi bu sətirləri pəncərə qarşısında oturub yazıram. Qreta divanda uzanıb yatır. Bayırdasa yağış yağır. Üç gündür ki, dayanmadan yağır və mənə 2000-ci ilin həmin o boz-bulanıq, nimdaş 20 May gününü xatırladır. Nədənsə mənə elə gəlir ki, həmin gün Elçibəylə bizim uşaqların bir-birinə baxmaları, bir nov elə Nərgizlə mənim sonuncu dəfə baxışmamıza bənzəyirdi. Bunları da düşündükcə yadıma, ilk gecəmizdə, Nərgizin yorğanı başına çəkib xısın-xısın ağlaması düşür.