Alatoran_header  
Əsərlər > Elçin Alıoğlu > Şən adamlar üçün qorxulu nağıllar > Nağıl 11

Burası bura, kişisi kişi, qadını da qadın...

...Azərbaycanda aparılan gender analizləri, yəni qanunvericiliyin kişi və qadlınlara tətbiqi ilə nəticələrini çözmək məqsədi daşıyan araşdırmalara görə, ölkə kişilərinin orta yaşam həddi qadınlara nisbətən xeyli aşağıdır.
...Qadınlara kişilərlə bərabər hüquqlar verməyə çalışdıq. İbrahimbəyovun ssenarisi əsasında çəkilmiş "Səhranın bəyaz günəşi" filmində tovariş Suxovun dağılmış məscidin divarına vurduğu "Qadın da bir insandır!" şüarını ironiya ilə qarşılayaraq, Şərqdə qadın hüquqlarının əsrlərdən bəri pozulduğunu söylədik. İş o yerə çatdı ki, cəmiyyətdə az qala "Haydı, qadınlar!" tipli ultrafeminist hərəkatlar başlasın.
Nəticələr alındı.
Məmləkətdə qadınlar bir çox sahələrdə kişiləri ya üstələyiblər, ya bərabər həddədilər, ya da buna can atırlar.
"Qadın azad olmalıdır" hayqıranlar "bəs kişi azad olmamalıdır?" sualına cavab verməyib eynən irəli, yeni qalibiyyət "üfüq"lərinə doğru addımladılar.
Qadınları "gerçəkdən" də azad etməyə çalışdıq. "Avropadan ayıbdır!" deyibən canımıza cəfa verdik, hətta Bakıdakı lesbiyanlara belə gözlərinin üstündə qaşın olması barədə aksiomatik fikirləri söyləməkdən həyalandıq.
"Ayıbdır, Avropa bizə baxır..."
Qadınlarımızın bir parası da Avropaya baxmağa başladı. Əvvəlcə evdə, sonra küçədə, sonda da iş yerlərində siqaret püləməklə bahəm azəri əxlaqına daban-badana zidd olan hərəkətlərə rəvac verildi. Bir vaxtlar kişi yanında baş daramağı ayıb bilən azəri qadının davranış kodeksi ayaqlar altına salındı: söyləyin, ofislərdə kişi iş yoldaşlarının yanında "gözəllənən", ulaq heybəsini xatırladan ənlik-kirşan çantacığını çıxarıb çopur, qarğa qanadı rəngdə qara üzünə ağ sürtən, sallaq dodaqlarını qırmızıladan və bunu da "kosmetika" adlandıranları heç görmədizmi? Boyun qara, üz ağappaq... Beləsinin simasına yaxdığı boya ilə doqquzqatlı yaşayış binasında rəngsaz işlərini tamam-kamal bitirmək mümkün olsa da, kimin həddi nədir ona bir söz deyə... Vücudu ağır, əxlaqı yüngül olan kəs gül dəhanını açıb öyləsinə cavab verər ki, adamın yetişmişi durub kalı tökülər... Bu, öz yerində.
"Qadınlara azadlıq, kişilərlə bərabər hüquq" tələbinin həyata keçirdikdə kişilərin hquqlarının pozulması isə bir kimsənin eyninə deyil. Mədəni və hüquqi diskriminasiya var gündəmdə, cənablar...
Qadınlarla bağlı probemlərlə baş qatan qurumlar həm çox ciddi problemləri qulaqardına vurur, həm də real bərabərhüquqluğa can atan şəxsləri cəmiyyətdə daha geniş dəstək almaq imkanından məhrum edir.
Qadın və kişi azadlığı, onların hüquqları tən olmalıdır. Nədən ki, nə qadın, nə də kişinin azadlığı əks cinsin hquqlarının pozulması ilə müşaiyət oluna bilməz. Və birinin hüququnun tapdanması başqasının mübarizəsini rövnəqləndirməz əsla...
Məmləkətdə qadınlarla müqayisədə kişilərin hüquqları pozulur.
Ordu... Hər il on minlərlə gənc normal həyatdan zorla ayrılır və orduya gedir: ancaq ona görə ki, onlar "kişi cinsinə mənsub mülki şəxslər"dir. Ömrün 1,5-2 il beləcə itir, təhsil almaq və işləmək imkanları məhdudlaşır.
Savaş əsnasında isə kişilər "qırğın əti"nə dönür. Gərçi qadın təhlükəsiz yaşama can atırsa - bu, normal qarşılanır. Əgər kişi də eyni istəkdə bulunursa - bu, fərarilik adlanır.
Təqaüdlər... Azərbaycandakı kişilər qadınlara nisbətən 5 il gec təqaüdə çıxır ki, zərif cins mənsublarından fərqli olaraq aldığı və dilənçi payını xatırladan təqaüdə 15 il daha az sevinsin. Niyə? Çünki bu məmləkətdə istənilən halda kişilər qadınlardan 15 il az yaşayır.
Atalıq hüququ... Qadın, kişi ilə əlaqədə olmadan da bioloji baxımdan ana ola bilər. Kişilərin, ələlxüsus da tənha fərdlərin isə uşaq evindən cocuq götürüb öz soyadını verməsi yasaqdır. Nədən ki, tənha kişilərin hansısa cocuğu övladlığa götürməsi çox çətin, əksər hallarda mümkünsüz məsələdir. Bundan başqa, hamilə xanımı abort etdirmək fikrinə düşdüyü təqdirdə atanın öz yavrusunu xilas etmək üçün qanunla nəzərdə tutulmuş HEÇ BİR İMKANı yoxdur.
cocuqlara hamilik... Məhkəmə təcrübəsi göstərir ki, boşanma ilə bağlı proseslərin 95 faizində hakimlər uşaq və ya uşaqları anaya etibar edir. Ata özünə əl qatsa belə, ən yaxşı halda ona "uşaqların maddi təminatı", yəni aliment ödəmək etibar edilir. Niyə? "Kişi sərxoşluq edir, başısovuqdur, uşaqlara yaxşı baxmayacaq, etibarsızdır və s." Absurd məntiqdir. Bəyəm bu fani dünyadakı analar arasında əyyaş, hərdəmxəyal, pinti və işsizi yoxmu?
COCUQ HÜQUQU... Qadın bətnindəki cocuğun başına istədiyi oyunu aça bilər. O, hələ doğulmamış yavrusunu TAM QANUNİ şəkildə öldürmək (abort), şikəst etmək (həkimlərin məsləhət görmədiyi hərəkətlər, ağır əşyalar qaldırmaq və s.), zəhərləmək (spirtli içkilər içmək və ya siqaret çəkmək), anormal etmək (atanın qisasını cocuqdan almaq üçün öz qarnını yumruqlamaq) və digər maniakal hərəkətlərdə bulunmaq, həmçinin cocuq dünyaya gəldikdən sonra ondan imtina etmək hüququna malikdir. Kişi isə istəmədiyi uşağın doğulmasına mane ola bilməz. O, hətta uşaq doğulduqdan sonra cocuqdan sonra da atalıq hüququna "zorla" yiyələnir.
FÖVQƏLADƏ DURUMLAR... Yanğınlar, sel, daşqınlar, zəlzlə və başqa təbii fəlakətlər, həmçinin texnogen qəzalar zamanı hansı kəlmə tez-tez səslənir? "Öncə qadınlar xilas ediləcək..." Halbuki istənilən kataklizm zamanı kişilər daha çox təhlükəyə məruz qalır.
STRESS... Qadın kişiyə istədiyi sözü deyə bilər - kişi isə əsla... Nədən ki, ya "qadınla ağız-ağıza verən" adam kimi kişilər arasında rüsvay olacaq, ya da "qadına əl qaldırmazlar" prinsipi onu kəmənd kimi boğacaq. Qadın kişini küçə söyüşləri ilə təhqir etsə belə, kişi susmalıdır - "etiket" bunu tələb edir. Bəzi qadınlarsa (belələrinə qadın demək çox çətindir) da bundan sui-istifadə edərək şəhər kanalizasiyasını xatırladan ağızlarını açıb qoyurlar Tanrı və həvariyunlar yoluna...
FONDLAR... Dövlətin və ya qeyri-hökumət təşkilatlarının yaratdıqları fondların total əksəriyyəti məhz qadın hüquqlarının müdafiəsi üçün nəzərdə tutulub. İndiyədək Azərbaycanda kişi hüquqlarının təminatı və ya müdafiəsi məqsədilə bir qurum, fond və hərəkat yaradılmayıb.
HƏBSXANA... Bəzi qadınlar cocuq anası olduqlarına görə törətdikləri cinayətlərə görə nisbətən yüngül cəza alır. Fəqət, Azərbaycanda hələ indiyədək bir kişi belə öhdəsində azyaşlı uşaq olduğuna görə həbsxananı ev dustaqlığı ilə əvəzləməyə müvəffəq olmayıb.
Əgər kişinin övladı varsa və bu yavrunun yeganə həyan yeri də atasıdırsa - fərq etməz, kişi həbsxanaya atılacaq, körpə isə uşaq evinə, yəni "yetimxana"ya göndəriləcək.
Buna beynəlxalq hüquqda "affirmative action" deyilir.
...Qədim yunan əsatirlərində Lesbos adasından bəhs olunur: həmin adada yalnız qadınlar yaşardı...
Qədim Spartada isə ailənin ilk cocuğu qız olardısa, həmin körpəni qayadan aşağı atardılar. Bundan başqa, Sparta məktəblərində qadınların uşaqlara dərs deməsi qəti qadağandı: çünki spartalıların fikrincə, "qadın tərbiyəsi görən uşaqdan döyüşçü olmaz".
Azərbaycandakı orta məktəblərdəki pedaqoqların tam əksəriyyəti qadınlardır...
İndi kim qorunasıdır: kişilər, yoxsa qadınlar?